Rəsmi Tehrandan AÇIQLAMA: "İran qonşularla münasibətləri prinsipial hesab edir"

 23:16 13.09.2021     415

İran hökuməti qonşu ölkələrlə münasibətləri prinsipial hesab edir.

Redaktor.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin katibi Səid Xətibzadə deyib.

Onun sözlərinə görə, prezident İbrahim Rəisinin başçılıq etdiyi hökumət qonşu ölkələrlə münasibətləri prioritet hesab edir.

Xətibzadə əlavə edib ki, İran balanslı şəkildə bütün qonşu ölkələrlə münasibətləri maksimum şəkildə inkişaf etdirəcək:

"İran bütün qonşuların iştirakı ilə regional inkişaf, sülh və stabilliyin inkişafı üçün çalışacaq".