Əfqanıstan üçün 1,2 milyard dollar ianə yığıldı

 05:14 14.09.2021     295

Dünya ölkələrinin Əfqanıstana humanitar yardım göstərəcəyini vəd etdiyi ümumi məbləğ təxminən 1,2 milyard dollardır.

Redaktor.az xəbər verir ki, bunu BMT baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits deyib.

Onun sözlərinə görə, toplanan məbləğ beynəlxalq birliyin səxavətinin təzahürüdür.

Qeyd edək ki, Cenevrədə Əfqanıstana humanitar yardımla bağlı konfrans keçirilib. Məqsədi, qarşıdakı dörd ay ərzində ölkədə ehtiyacı olan insanlara kömək etmək üçün 606 milyon dollar toplamaq idi. /Report