Yaponiyada 6,2 bal gücündə zəlzələ baş verdi

 05:57 14.09.2021     620

Yaponiyanın mərkəzində 6,2 bal gücündə zəlzələ baş verib. 

Redaktor.az xəbər verir ki, bu barədə ölkənin Milli meteoroloji idarəsindən bildirilib.

Məlumata görə, zəlzələnin episentri İbaraki prefekturasında olub. Yeraltı təkanın ocağı 450 km dərinlikdə yerləşib.

İnsan tələfatı və dağıntılar barədə məlumat verilməyib, sunami təhlükəsi elan edilməyib. 

Təkanlar Çiba, İbaraki və paytaxt bölgəsi də daxil olmaqla ölkənin mərkəzi hissəsində hiss edilib. //APA