Boris Consonun anası vəfat etdi

 08:49 14.09.2021     297

Böyük Britaniyanın Baş naziri Boris Consonun anası, rəssam Şarlott Conson-Uol 79 yaşında vəfat edib.

Redaktor.az “TASS”a istinadən xəbər verir ki, qadının ölüm səbəbi barədə məlumat verilməyib. Qeyd olunub ki, Şarlott Parkinson xəstəliyindən əziyyət çəkirdi.

ABŞ və Böyük Britaniyada mütəmadi olaraq Şarlott Conson-Uolun sərgiləri keçirilirdi. O tez -tez öz uşaqlarını kətan üzərində təsvir edir, eyni zamanda natürmort və şəhər mənzərələrini də çəkirdi.