Ermənistanda təlim zamanı bir hərbçi öldü, digəri yaralandı

 10:55 14.09.2021     762

Ermənistanın cənub-qərbində təlimlər zamanı bir hərbçi həlak olub.

Redaktor.az-ın erməni KİV-lərinə istinadən məlumatına görə, bu barədə ölkənin Müdafiə Nazirliyi bildirib.

Nazirliyin açıqlamasına görə, hərbçi döyüş xidməti qaydalarının pozulması nəticəsində həyatını itirib. Daha bir nəfərin yaralandığı deyilir.

Yerli KİV-lərin məlumatına əsasən, bu hadisəni törətməkdə şübhəli bilinən şəxs aşkar edilib.

Hadisənin təfərrüatları ilə bağlı araşdırma aparılır.