Putin Tacikistana səfərini təxirə saldı

 15:05 14.09.2021     377

Rusiya Prezidenti Vladimir Putinlə Taciksitanın dövlət başçısı Emoməli Rahmon arasında telefon danışığı olub.

Redaktor.az xəbər verir ki, məlumatı “Sputnik Tadjikistan” yayıb.

V.Putin telefon danışığı zamanı Şanxay Əməkdaşlıq Təşkilatı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Düşənbədə keçiriləcək Zirvə toplantılarına qatılmayacağını bildirib.

O əlavə edib ki, tədbirə videoformatda qoşulacaq.

Qeyd edək ki, V.Putin tacikistanlı həmkarının dəvəti ilə sentyabrın 15-də Düşənbəyə səfər edəcəkdi.