Türkiyədə bu gün koronavirusdan 276 nəfər öldü

 22:00 14.09.2021     1314

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 276 nəfər ölüb.

Redaktor.az-ın xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 334 535 nəfər test edilib, onların 27 802-nin koronavirus testi pozitiv nəticə verib, 29 191 nəfər sağalıb.

Nazirliyin covid19.saglik.gov.tr saytına istinadla paylaşdığı cədvələ görə, Türkiyədə indiyədək COVID-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ də daxil olmaqla 103 001 616 peyvənd tətbiq edilib ki, bunun da 83,74 faizi birinci mərhələ vaksinasiya olunanlardır.