Ermənistanda yoluxanların sayı 250 mini ötdü - COVID-19

Ötən sutka ərzində Ermənistanda 756 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Redaktor.az-ın məlumatına görə, bununla ölkədə COVID-19-a yoluxanların sayı 250 559 nəfərə çatıb.
Son sutkada koronavirusdan daha 22 nəfər ölüb. Ermənistanda koronavirusdan ölənlərin sayı 5 056 nəfərə yüksəlib.