SON DƏQİQƏ: Əfqanıstandan dəhşətli xəbərlər gəlir - Kütləvi edamlar başlayıb... / FOTO

 16:33 15.09.2021     1470

Əfqanıstanda idarəçiliyi ələ keçirən "Taliban" rejimi ölkədə kütləvi edamlara başlayıb.

Redaktor.az xəbər verir ki, sosial mediada bu edamları əks etdirən görüntülər yayılır.

Pəncşirdə yaşlı kişi naməlum səbəbdən küçədə güllələnib. Həmçinin, "Taliban" bu ərazidən 3 min ailənin köçürülməsinə qərar verib.

Qəndəhardakı etiraz aksiyasında isə qadından müsahibə alan jurnalist "Taliban"ın qəzəbinə tuş gəlib.

"Müxbir telefonunu çıxarıb çəkilişə başladı, ancaq "Taliban" yaraqlıları qəfildən ona çəkilişi dayandırmaq üçün hücum etdilər. O, çəkiliş aparmağa icazəsi olduğunu dedi. Lakin onu ölənə qədər döydülər", - deyə şahidlərdən biri BBC-yə bildirib.

Oral Mədənçi / Redaktor.az

22222222
Vumart və Güvən reklamı Vumart Güvən