"Bir əsr sonra eyni ruh və qətiyyət Qarabağı da azad etdi"

 16:54 15.09.2021     1509

Türkiyə Prezidenti Administrasiyasının sözçüsü İbrahim Kalın Bakının erməni-bolşevik birləşmələrinin işğalından azad olunmasının 103-cü ildönümü münasibətilə paylaşım edib.

Redaktor.az-ın məlumatına görə, paylaşımda deyilir:

"Qafqaz İslam Ordusunun Bakını azad etməsinin ildönümündə Nuru Paşa başda olmaqla bütün şəhidlərimizin və qazilərimizin əziz xatirəsini hörmətlə yad edirəm. Bir əsr sonra eyni ruh və qətiyyət Qarabağı da azad etdi. Türkiyə-Azərbaycan qardaşlığı əbədidir".