SON DƏQİQƏ: Rusiya İdlibə hücum etdi

 23:52 15.09.2021     1290

Rusiya Aerokosmik Qüvvələrinin təyyarələri İdlibin deeskalasiya zonasında yerləşən Hamame, Mazra və Zarzur yaşayış məntəqələrinə hücum edib.

Redaktor.az "Anadolu"ya istinadla xəbər verir ki, ümumilikdə 15 uçuş həyata keçirilib.

Suriya müxalifətinin məlumatına görə, hava hücumlarına 3 hərbi təyyarə cəlb edilib. Döyüş maşınları Khmeimim hava bazasından havaya qalxıb.

Rusiyanın Zurzur kəndinə hava hücumu zamanı, yetimlər üçün Türkiyənin qeyri-hökumət təşkilatı tərəfindən tikilmiş yaşayış binalarının olduğu əraziyə hücumlar da edilib. Mərmilərdən biri kompleksdən 100 metr aralıda düşüb.

Zərərçəkənlər və yaralılar barədə məlumat hələ verilməyib.

Vumart və Güvən reklamı Vumart Güvən