Aprel döyüşlərində məğlub olan zabit Ermənistan ordusunda yüksək vəzifəyə TƏYİN OLUNDU

 15:17 17.09.2021     1004

Ermənistan ordusunda yeni təyinat olub.

Redaktor.az “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Prezident Aparatının ictimaiyyətlə əlaqələr idarəsi məlumat yayıb.

Belə ki, Ermənistanın Baş nazirinin təklifi ilə Ermənistan Prezidenti Armen Sarkisyanın sərəncamına əsasən, Armen Gözəlyan xüsusi ordu korpusu qərargah rəisi-Silahlı Qüvvələrin korpus komandirinin müavini təyin edilib.

Xatırladaq ki, Armen Gözəlyan 2016-cı ilin  aprel döyüşləri Suqovuşanda 33651 nömrəli hərbi hissənin komandiri vəzifəsində olarkən kifayət qədər mövqelərini və hərbi qulluqçularını itirib.

Gözəlyan Suqovuşandakı hərbi hissəyə təyinat alanadək Berd, Dilican rayonlarında dislokasiya olunan hərbi hissələrdə, Gorusdakı tank hərbi hissəsində xidmət edib.

Aprel döyüşlərindən sonra ermənilər sosial şəbəkələrdə Gözəlyan barədə, onun xidmət etdiyi hərbi hissələrdə erməni zabit və əsgərlərinə qarşı qəddarlıqlarından yazaraq, onun saxta vətənpərvərliyini tənqid ediblər.

T.İSMAYIL