Merkelin şirniyyatı hazırlandı - FOTO

 01:52 18.09.2021     450

Şirniyyat firmalarından biri Almaniya Kansleri Angela Merkelin başı formasında marçipan hazırlayıb.

Redaktor.az xəbər verir ki, əllə hazırlanan şirniyyatlar pensiyaya çıxmağa hazırlaşan Kanslerə uğurlar arzulamaq məqsədi ilə parlament seçkilərindən iki həftə əvvəl satışa buraxılıb.

Qeyri-adi marçipanın bir ədədinin qiyməti isə 4,95 avrodur (təxminən 10 manat).

Qeyd edək ki, Angela Merkel 16 illik vəzifəsi ilə sentyabrın 26-da vidalaşacaq. O, ayda 15 min avroya (təxminən 30 min manat) yaxın təqaüd alacaq. //Axşam.az