ABŞ minlərlə Haitili miqrantı deportasiya edəcək

 14:56 19.09.2021     260

ABŞ hakimiyyəti bu gündən Texas ştatında sığınacaq gözləyən Haitili miqrantları deportasiya etməyə başlayacaq.

Redaktor.az-ın məlumatına görə, bu barədə "BBC News" telekanalı xəbər verib.

Məlumata əsasən, miqrantlar öz ölkələrinə geri göndəriləcəklər.

Qeyd edək ki, ABŞ-ın Texas ştatının Del-Rio şəhərini Meksikanın Syudad-Akunya şəhərini birləşdirən körpünün altında Haitindən gələn təxminən 10 min miqrant düşərgə yaradıb və sığınacaq tələbi irəli sürüb.

Sentyabrın 17-si onlardan təxminən 2 min nəfəri miqrasiya mərkəzlərinə yerləşdirilib. //Trend