Liviyada iki hərbi helikopter toqquşub - Ölənlər var

 19:16 19.09.2021     430

Liviya Milli Ordusunun iki hərbi helikopteri Benqazi şəhərində toqquşub.

Redaktor.az-ın məlumatına görə, hadisə Benina aviabazası yaxınlığında baş verib. Qəza nəticəsində helikopterlərdən birinin iki pilotu hələk olub.

Pilotlardan biri briqada generalı Buzid əl-Barasi olub.

Toqquşmanın səbəbi açıqlanmır. Hadisə ilə bağlı araşdırma aparılır. //Trend