"Taliban"a qarşı terror hücumu - Ölən və yaralananlar var

 19:11 19.09.2021     102

Əfqanıstanın şərqindəki Cəlalabad şəhərində “Taliban” avtomobilinə terror hücumu təşkil olunub.

Redaktor.az "Anadolu"ya istinadla xəbər verir ki, nəticədə, iki mülki şəxs ölüb.

Hadisə şahidlərinin sözlərinə görə, hücumda ən azı beş nəfər yaralanıb. Onların arasında “Taliban” üzvlərinin də olduğu bildirilir.

Hücumu hələlik üzərinə götürən olmayıb.