Türkiyədə daha bir göl qurudu – FOTO

Türkiyənin Burdur vilayətindəki Qaradaş gölündə sular çəkilib.
Redaktor.az-ın məlumatına görə, havaların həddən artıq isti keçməsi nəticəsində Qaramanlı ovalığındakı 1190 hektar əraziyə malik gölün suyu tamamilə quruyub.
Şirin sulu göl və ətrafındakı torpaqlar 1985-ci ildən qoruq ərazisi elan edilib.
Qeyd edək ki, su hövzəsinin quruması qlobal iqlim dəyilikliyinin bariz nümunəsi kimi qiymətləndirilir. //Oxu.az