Rusiyada universitetə silahlı basqın - Ölən və yaralananlar var - VİDEO - YENİLƏNİB

 13:56 20.09.2021     662

Rusiya İstintaq Komitəsi Perm Dövlət Milli Araşdırmalar Universitetində atışmada yaralananların sayı barədə dəqiq rəqəm açıqlayıb.

Redaktor.az xəbər verir ki, İstintaq Komitəsindən atışmada 28 nəfərin yaralandığı bildirilib.

Bundan əvvəl silahlı insident nəticəsində 8 nəfərin həlak olduğu, 19 nəfərin yaralandığı açıqlanmışdı.

***

Rusiyanın Perm Dövlət Universitetinə silahlı basqın olub.

Redaktor.az xarici KİV-ə istinadla xəbər verir ki, hadisə nəticəsində 5 nəfər ölüb, 14 nəfər isə yaralanıb.

Məlumata görə, silah səsləri tələbələr arasında təlaşa səbəb olub. Bir neçə tələbə pəncərələrdən özünü atıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.