Mətbuat katibi Putinin son vəziyyətindən DANIŞDI

 14:11 20.09.2021     431

“Özünütəcrid rejimində olan Rusiya Prezidenti Vladimir Putin özünü əla hiss edir”.

Redaktor.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

"Prezident özünü əla hiss edir, işləyir. Lakin bu həftə tədbirlər əsasən videokonfrans rejimində keçiriləcək”, - deyə Peskov bildirib.

Qeyd edək ki, V.Putin ətrafındakı onlarla insanın koronavirusa yoluxması səbəbindən sentyabrın 14-də özünütəcrid rejiminə keçdiyini açıqlayıb.