Putindən Permdəki hadisəyə REAKSİYA

Rusiya Prezidenti Vladimir Putin Permdə baş verən faciədən danışıb.
Redaktor.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Putin baş verən hadisəni ölkə üçün böyük fəlakət adlandırıb və ölənlərin ailələrinə başsağlığı verib.
“Çox gözəl başa düşürəm ki, heç bir ifadə bu itkilərin ağrısını, xüsusilə, ölənlər gəncdirsə, həyata yeni başlayırlarsa, heç cür azalda bilməz. Bu, böyük fəlakətdir. Yalnız uşaqlarını itirən ailələr üçün deyil, bütün ölkə üçün... Hüquq-mühafizə orqanları bu dəhşətli cinayətin araşdırılması üçün laızm olan hər şeyi edəcək”, - deyə Putin bildirib.