Rusiyada seçkilərin nəticələri açıqlandı

 08:24 21.09.2021     145

Vahid Rusiya Partiyası Dövlət Dumasına seçkilərdə 49,82 faiz səs yığaraq qalib gəlib.

Redaktor.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyası (MSK) protokolların 100 %-ə istinadən bildirib.

"Vahid Rusiya" 49,82 % səslə Dövlət Dumasına seçkilərdə liderliyini saxlayıb, Rusiya Federasiyası Kommunist Partiyası 18,93 %-lə ikinci yerdə, Rusiya Liberal Demokrat Partiyası 7,55 %-lə üçüncü yerdə qərarlaşıb.

Liderlərin beşliyinə həmçinin "Ədalətli Rusiya” (7,46 %), "Yeni insanlar" (5,32 %) partiyaları düşüb.

Beləliklə, beş partiya 5 %-lik baryeri aşaraq Dövlət Dumasına düşüb.

Rusiyada parlament və yerli idarəetmə orqanlarına seçkilər sentyabrın 17-dən 19-dək keçirilib. Seçkilərdə iştirak 51 %-i ötüb.