Türkiyədə 4,3 bal gücündə zəlzələ oldu

 20:57 21.09.2021     426

Türkiyənin Tokat vilayətində Niksar rayonunda 4,3 bal gücündə zəlzələ olub.

Redaktor.az-ın məlumatına görə, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) zəlzələnin bu gün yerli vaxtla 19:09-da qeydə alındığını bildirib.

AFAD zəlzələnin yerin 14,35 kilometr dərinliyində baş verdiyini qeyd edib.