Türkiyədə bu gün koronavirusdan 260 nəfər ölüb

 22:35 21.09.2021     914

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 260 nəfər ölüb.

Redaktor.az-ın xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 354 854 nəfər test edilib, onların 29 338-nin koronavirus testi pozitiv nəticə verib, 23 361 nəfər sağalıb.

Nazirliyin covid19.saglik.gov.tr saytına istinadla paylaşdığı cədvələ görə, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 106 066 262 peyvənd tətbiq edilib ki, bunun 85,32 faizi birinci mərhələ vaksinasiya olunanlardır.