Ramzan Kadırov Baydeni Çeçenistana dəvət etdi

 23:08 21.09.2021     1719

Çeçenistan rəhbəri Ramzan Kadırov ABŞ prezidenti Co Baydeni respublikaya dəvət edib.

Redaktor.az xəbər verir ki, o, bu barədə özünün “Telegram” kanalında yazıb.

Qeyd edək ki, BMT-nin Baş Assambleyasının 76-cı sessiyasında çıxış edən Amerika lideri Çeçenistandan Kamerunadək bütün cinsi azlıqların hüquqlarını qorumalı olduqlarını bildirib.

O, faktiki olaraq, respublika rəhbərliyini insan hüquqlarının pozmaqda ittiham edib. //Oxu.az