Ərdoğan BMT kürsüsündən dünyaya səsləndi: "Azərbaycan öz torpaqlarındakı işğala son qoyub"

 00:53 22.09.2021     1397

“Qafqazda sülh və sabitlik baxımdan yaxın müddətdə önəmli addımlar atılıb”.

Redaktor.az "Anadolu" agentliyinə istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin Baş Assambleyasından dünya ictimaiyyətinə ünvanladığı müraciətində bildirib.

Türkiyə lideri deyib ki, Azərbaycan qanuni müdafiə haqqından istifadə edərək, BMT-nin Təhlükəsizlik Şurasının tətbiq olunmayan qərarlarını həyata keçirməklə öz torpaqlarındakı işğala son qoyub.

“Bu hadisə regionda daimi sülhün bərpasına fürsət pəncərələrinin açılmasına da imkan yaradıb. Türkiyə tərəflərin atacağı hər müsbət addımı dəstəkləmək qərarındadır”,-deyə Ərdoğan bildirib.