“Çin heç zaman digər dövlətlərə hücum etməyəcək”

 09:30 22.09.2021     168

Çin heç bir şəraitdə və heç zaman digər dövlətlərə hücum etməyəcək, heç kimi sıxışdırmayacaq və hegemonluğa çalışmayacaq.

Redaktor.az xəbər verir ki, bunu BMT-dəki çıxışı zamanı Çin Xalq Respublikasının rəhbəri Si Cinpin bəyan edib.

O, ilin sonunadək Çindən digər ölkələrə 2 milyard doza COVID vaksini tədarük ediləcəyini bildirib.

Həmçinin, dövlət başçısı yoxsul ölkələrə 100 milyon doza peyvəndin qarşılıqsız veriləcəyini qeyd edib.