Çavuşoğlu ABŞ-ın dövlət katibi ilə Qarabağı MÜZAKİRƏ ETDİ

 10:05 22.09.2021     471

BMT Baş Assambleyasının növbəti sessiyasında iştirak üçün ABŞ-da səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ dövlət katibi Entoni Blinken arasında görüş keçirilib.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, tərəflər görüş zamanı Qarabağ məsələsini, həmçinin Əfqanıstandakı vəziyyəti müzakirə ediblər. Görüş təxminən bir saat davam edib.

Xatırladaq ki, BMT-nin 76-cı Baş Assambleyası sentyabrın 14-də qurumun mənzil-qərargahı olan Nyu-Yorkda start götürüb.