Zelenskinin müşavirinə sui-qəsd oldu

 12:49 22.09.2021     272

Ukrayna Prezidenti Vladimir Zelenskinin müşaviri Segey Şefirə qarşı sui-qəsd törədilib.

Redaktor.az xəbər verir ki, bu barədə ölkənin Daxişi İşlər Nazirliyi bildirib.

Hadisə nəticəsində S.Şefirin sürücüsünün ağır yaralandığı deyilir. Hücum paytaxt Kiyev yaxınlığında qeydə alınıb.

Hazırda sürücü üç güllə yarası ilə reanimasiyaya yerləşdirilib. Müşavir özü xəsarət almayıb.

Ukrayna Daxili İşlər Nazirliyi hadisə ilə bağlı araşdırmalara başlayıb.

2