Bayden bu dəfə BMT ilə ABŞ-ı dəyişik saldı

 13:15 22.09.2021     200

ABŞ Prezidenti Co Bayden Baş Assambleyanın 76-cı sessiyasındakı çıxışında Birləşmiş Ştatlarla BMT-ni dəyişik salıb.

Redaktor.az “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı “Sky News” yayıb.

"ABŞ demokratik dəyərləri, azadlığı və bərabərliyi müdafiə edəcək. Mən bütün insanların universal hüquqlarına inanıram, bu, millətimizin DNT-sindədir, ən əsası, bu təşkilata - ABŞ-a xasdır”, - C.Bayden bildirib.

O, bununla da çıxışı oxuyan zaman “United States of America”nı - ABŞ-ı “United Nations” - BMT sözlərindəki “united” sözü ilə qarışıq salıb.

Bildirilib ki, ABŞ Prezidenti bundan əvvəl “Taliban” liderləri ilə təmas saxlamasından danışarkən Dohanın yerinə Kabil işlətmişdi: “Kabildə “Taliban” liderləri ilə daim əlaqə saxlayırıq”.

O, çıxışlarının birində Liviyanı Suriya, İraqı İran, başqa birində isə Barak Obamanı Donald Trampla qarışdırıb.