Zelenski Ərdoğanla görüşündən yazdı

Ukrayna Prezidenti Vladimir Zelenski Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində görüşüb.
Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna lideri özünün tvitter hesabında yazıb.
“Dostum Rəcəb Tayyib Ərdoğanla görüş zamanı Ukrayna və Türkiyə əməkdaşlığının bütün spektrini - sərbəst ticarət sahəsindən hərbi-texniki əməkdaşlığa qədər müzakirə etdik. Əlaqələrimiz daha da konkretləşir və praktiki layihələrlə doludur”, deyə Zelenski bildirib.
O, Ukrayna-Türkiyə münasibətlərinin strateji xarakterini və siyasi, iqtisadi-ticarət, hərbi-texniki və humanitar sahələrdə ikitərəfli əməkdaşlığın sürətləndirilməsinin vacibliyini vurğulayıb.
Qeyd edək ki, tərəflər Qara dəniz bölgəsində sabit təhlükəsizlik vəziyyətinin saxlanılması məsələsini nəzərdən keçiriblər.
Rəcəb Tayyib Ərdoğan Strateji Əməkdaşlıq Şurasının 10-cu iclasında iştirak etmək üçün Ukraynaya getmək təklifini qəbul edib.