Türkiyəli siyasətçidən yunan nazirə: "Deyəsən üzməyi öyrənmisiniz"

Yunanıstanın dövlət naziri Georgios Gerapetritis Yunanıstanla Türkiyə arasında istənilən qarşıdurmaya hər zamankından daha hazırlıqlı olduqlarını söyləyib.
Redaktor.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, qatıldığı bir televiziya proqramında Türkiyə ilə əlaqələrə dair açıqlamalar verib. Nazir bildirib ki, Yunanıstan tərəfi həm meydanda, həm də beynəlxalq diplomatiyada həmişəkindən daha hazırlıqlıdır.
Türkiyəli politoloq, Zəfər Partiyasının başqanı Ümit Özdağ yunanıstanlı nazirin bu açıqlamasına cavab olaraq “Cənab nazir, deyəsən üzməyi öyrənmisiniz” deyə tvitter hesabında paylaşım edib.
Politoloq bununla yunan işğalı altında olan İzmirin 1922-ci ildə Atatürkün komandanlığı ilə işğaldan azad edilməsinə işarə edib.
Şəbnəm Mehdizadə