Azərbaycan vaksinasiyanın səviyyəsinə görə MDB məkanında liderdir

 19:03 22.09.2021     434

Azərbaycan vaksinasiyanın səviyyəsinə görə MDB məkanında liderdir.

Redaktor.az xəbər verir ki, ilk üçlüyə Azərbaycandan sonra Qazaxıstan və Rusiya daxildir.

Xatırladaq ki, Azərbaycanda vaksinasiya prosesinə cari ilin yanvarın 18-də start verilib. Bu günə qədər vurulan vaksinlərin ümumi sayı 8 milyon 43 min 423, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 636 min 579, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 3 milyon 406 min 844 nəfər təşkil edir. //Trend