Paşinyanı feysbukda təhqir edən şəxsə cinayət işi açıldı

 23:54 22.09.2021     374

Ermənistanın hüquq-mühafizə orqanları feysbukda Baş nazir Nikol Paşinyanın fotosuna təhqiredici şərh yazan şəxslə bağlı cinayət işi açıb.

Redaktor.az TASS agentliyinə istinadla xəbər verir ki, cinayət işi “İctimai fəaliyyətinə görə şəxsi ağır təhqir etmək” maddəsi üzrə başlanıb. Hazırda şərhin müəllifini müəyyən etmək üçün tədbirlər görülür.

Qeyd edək ki, Ermənistanın Cinayət Məcəlləsinə “Kobud təhqir” başlıqlı yeni (137.1) maddə əlavə olunub və 3 milyon dram cərimə (təxminən 6 min dollar) və ya 3 aylıq azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.