ABŞ dövlət katibinin müavini Azərbaycana təşəkkür etdi

Sentyabrın 21-də BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində ABŞ dövlət katibinin müavini Viktoriya Nuland və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında görüş keçirilib.
Redaktor.az xəbər verir ki, həmin görüşdən sonra Viktoriya Nuland Tvitter şəbəkəsində öz akkauntunda Ceyhun Bayramov ilə görüşə şad olması barədə qeyd edib və ABŞ-ın Əfqanıstandan təxliyə səylərinin reallaşmasının Azərbaycan tərəfindən dəstəklənməsinə görə ölkəmizə təşəkkürünü bildirib.