ABŞ-da mağazada atışma - 1 ölü, 12 yaralı var

ABŞ-ın Tennesi ştatının Kolliervill şəhərində “Kroger” şəbəkəsinə daxil olan mağazada baş verən atışma nəticəsində azı 1 nəfər ölüb, 12-i isə yaralanıb.
Redaktor.az xəbər verir ki, bu barədə “Foks Nyus” məlumat yayıb.
Silahlı hücumu təşkil edən şəxs intihar edib.
Yaralıların vəziyyəti və atışmanın hansı səbəbdən baş verməsi barədə məlumat yoxdur. //Axar.az