SON DƏQİQƏ: Çin ordusu hərəkətə keçdi, qırıcılar havadadır - MÜHARİBƏ... / FOTO

 11:41 24.09.2021     1659

Çin hökuməti müstəqilliyini tanımadığı Tayvan və müttəfiqi ABŞ-a növbəti dəfə gözdağı verib.

Redaktor.az xəbər verir ki, Çin ordusuna məxsus 24 döyüş təyyarəsi Tayvana yaxınlığında uçuş həyata keçiriblər.

Əvvəlcə iki qrup halında hərəkət edən təyyarələrdən 19-u, daha sonra 5-i Tayvana doğru irəliləyib. Çin təyyarələri Tayvanın cənub hissəsinə qədər yaxınlaşıblar. 

Tayvan Müdafiə Nazirliyinin "Twitter" hesabında bildirilib ki, adaya doğru uçan təyyaraələr arasında nüvə başlığı daşıya "H-6" bombardmançı da yer alıb. 

Çin təyyarələrinin hava məkanını və 12 millik sahil xəttini pozmadığı bildirilib. 

Qeyd edək ki, Pekin rəhbərliyi Tayvanın çərşənbə günü Trans-Sakit Okean Tərəfdaşlığı Sazişinə qoşulmaqla bağlı müraciətinə sərt reaksiya verib və 'Bir Çin' siyasətini xatırlatıb.

Oral Mədənçi / Redaktor.az

22222