Çində kriptovalyuta ilə əməliyyatlar dayandırılır

 18:17 24.09.2021     505

Çin Bankı (Mərkəzi Bank) hökuməti ölkədə kriptovalyuta ilə əməliyyatlara qadağa qoyub.

Redaktor.az bu barədə xarici mətbuata istinadən xəbər verir.

Qurum bəyan edib ki, bu əməliyyatlar qeyri-qanuni maliyyə fəaliyyəti sayılacaq. Qadağa xüsusilə “Bitcoin” və “Tether”ə aiddir.

Bu bəyanatdan dərhal sonra “Bitcoin” ucuzlaşıb və onun qiyməti 41 000 ABŞ dollarından aşağı düşüb.

Rəsmi Pekin kriptovalyutalarla bağlı siyasətin sərtləşdirilməsini fırıldaqçılıq, çirkli pulların yuyulması və həddindən artıq enerji istehlakının qarşısını almaq istəyi ilə izah edir. //Report