"Qarabağa yük daşıyanlara xəbərdarlıq edilib" - İran səfiri

 20:59 24.09.2021     1035

Qarabağa qanunsuz şəkildə yük daşıyan İranın özəl yükdaşıma şirkətlərinə xəbərdarlıq olunub.

Redaktor.az xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi açıqlamasında deyib.

S.A.Musəvinin sözlərinə görə, bununla əlaqədar Azərbaycan tərəfindən rəsmi şəkildə məlumatlar alındıqdan sonra addımlar atılıb.

Musəvi bildirib ki, İran şirkətlərinə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin qorunmalı olduğu tapşırılıb. //Axar.az