Keniya-Somali sərhədində partlayış baş verib - Ölənlər var

 21:45 24.09.2021     340

Keniya ilə Somali sərhədindəkii Elvak qəsəbəsi yaxınlığındakı ordu düşərgəsində partlayış baş verib.

Redaktor.az xəbər verir ki, hadisə nəticəsində iki nəfər keniyalı əsgər həlak olub.

Partlayış Keniyalı əsgərlərin Somalidən olan iki nəfəri saxlayaraq ordu düşərgəsinin yerləşdiyi yerə aparmasından bir neçə saat sonra baş verib.

Portal göstərilən düşərgənin iki dövlətdən hansının ərazisində olduğunu açıqlamır. //Report