İşdən çıxarıldı, marketdəkiləri güllələyib intihar etdi

 22:29 24.09.2021     290

ABŞ-ın Tennessi ştatında silahlı bir adam supermarketdə insanlara atəş açıb və bundan sonra intihar edib. 

Redaktor.az-ın verdiyi xəbərə görə, nəticədə bir nəfər ölüb, 12 nəfər yaralanıb. Onlardan 5 nəfərinin vəziyyətinin kritik olduğu bildirilir. 

İnsident sentyabrın 23-də axşam saatlarında Kolliervildəki Kroger ərzaq mağazaları şəbəkəsində baş verib. Kütləvi güllələnmə artıq şəhər tarixinin ən dəhşətli hadisəsi adlandırılıb.

“Biz atəş açandan gizlənənləri soyuduca və qapıları bağlı ofislərdə tapdıq”, şəhər polisinin rəisi Deyl Leyn bildirib. 

Hücum edənin motivləri və onun haqqında məlumatlar hələlik açıqlanmır. Ancaq WREG-TV kanalı, mənbələrinə istinadən, atəş açanı həmin gün işdən çıxarılan mağazanın işçisi kimi tədqim edib.
 
Atışma nəticəsində bir mağaza işçisi öldürülüb. //Lent.az