ABŞ-da üçüncü doz vaksinasiya çağırışı edildi

 22:56 24.09.2021     283

ABŞ-da 65 yaşdan yuxarı insanlar, qocalar evlərində qalanlar və 50-64 yaşlarında ciddi sağlamlıq problemləri olanlar üçüncü doz vaksin olunacaqlar.

Redaktor.az xəbər verir ki, bunu ABŞ-ın Xəstəliklərə Nəzarət və qarşısının Alınması Mərkəzlərinin direktoru Roçel Valenski deyib.

Tibb mütəxəssisləri və riskli işlərdə çalışanlar da bu siyahıya daxildir.

Qərara görə, üçüncü doz vaksin ikinci dozdan altı ay sonra tətbiq edilməlidir. //Report