Paşinyan sülh üçün şərt qoydu

 00:09 25.09.2021     1781

"Ermənistanın konstruktiv dialoqa hazırdır. Bu, regionda uzunmüddətli və davamlı sülhün bərqərar olmasına səbəb olacaq. Bununla əlaqədar olaraq, girovların və digər saxlanılan şəxslərin geri qaytarılması prosesini dərhal başa çatdırmağı təklif edirik. ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesinə yenidən başlamaq lazımdır".

Redaktor.az "news.am"a istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasının 76-cı sessiyasında videoformatda çıxış edərkən deyib.

O, 2020-ci ilin 9 noyabrında və 2021-ci ilin 11 yanvarında Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti və Ermənistan Baş nazirinin imzaladığı üçtərəfli bəyanatın 9-cu maddəsində qeyd edildiyi kimi, regional kommunikasiyaların açılmasının son dərəcə əhəmiyyət daşıdığını düşündüyünü bəyan edib.

Paşinyan bildirib ki, regionun qarşılıqlı kəsişən nəqliyyat xətləri bu məsələnin həll edilməsinin nəticəsi olacaq:

"Bu vacib vəzifənin həllinin nəticəsi bölgə ölkələrinin nəqliyyat arteriyaları ilə bir-birinə bağlanması olacaq. Dinc inkişafın vacib şərtlərindən biri olan iqtisadi əlaqələrin qurulması üçün bir fürsət yaradılacaq. Türkiyəni Ermənistanla birləşdirən dəmir yolu xətti də açılsa, regional kommunikasiyaların açılması mövzusu daha geniş miqyas alacaq".

T.İSMAYIL