Argentinada təyyarə qəzaya uğradı - Ölənlər var

 07:18 25.09.2021     268

Argentinanın Buenos-Ayres əyalətində kiçikhəcmli təyyarə qəzaya uğrayıb. Nəticədə 2 nəfər ölüb.

Redaktor.az xəbər verir ki, bu barədə yerli “Todo Noticias” telekanalı məlumat yayıb.

Təyyarədə başqa sərnişin olmayıb.

İlkin məlumata görə, təyyarə aeroklub ərazisindən havaya qalxdıqdan sonra Berasateqi dairəsindəki magistral yolun yaxınlığında yerə çırpılıb.

Hadisənin səbəbləri araşdırılır.