"Əfqanıstandakı böhran bütün dünyaya təsir edəcək" - İmran Xan

 09:00 25.09.2021     86

Dünya ölkələri "Taliban" hərəkatının formalaşdırdığı hökuməti təcrid etmək siyasəti yerinə, ölkədəki kritik humanitar vəziyyətlə əlaqədar onlara yardım etməlidirlər.

Redaktor.az xəbər verir ki, bunu BMT Baş Assambleyasının 76-cı sessiyasında Pakistanın baş naziri İmran Xan videoformatda çıxışı zamanı deyib.

"BMT-nin məlumatlarına əsasən əhalisinin yarısının yoxsul vəziyyətdə olduğu Əfqanıstana əgər indi diqqət yetirilməzsə, gələn il bu ölkənin əhalisinin təxminən 90 faizi yoxsulluq həddinin altında olacaq" - Baş nazir bildirib.

Onun sözlərinə görə, Əfqanıstandakı humanitar böhran yalnız bu ölkə ilə qonşu olan ölkələrə yox, bütün dünyaya təsir edəcək. İ.Xan qeyd edib ki, Əfqanıstana təcili olaraq humanitar yardım göstərilməlidir.