BMT-nin Baş katibi Lavrovla Ukraynanı müzakirə etdi

 09:34 25.09.2021     220

BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində təşkilatın Baş katibi Antonio Quterreş və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında görüş keçirilib.

Redaktor.az xəbər verir ki, bu barədə baş katibin ofisinin açıqlamasında deyilir.

Məlumata əsasən, görüş zamanı tərəflər Əfqanıstan, Liviya, Suriya və Ukraynadakı vəziyyəti müzakirə ediblər:

"Baş katib və xarici işlər naziri bir çox məsələ üzrə Rusiya və BMT arasındakı əməkdaşlığı müzakirə ediblər. Tərəflər həmçinin Əfqanıstan, Liviya, Suriya və Ukraynadakı son hadisələr üzrə fikir mübadiləsi aparıblar".