Neft bahalaşır

 10:44 25.09.2021     83

Dünya birjalarında neft qiymətləri bahalaşır.

Redaktor.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,84 dollar artaraq 78,09 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,68 dollar bahalaşaraq 73,98 dollar olub.