Türkiyə və Rusiya gəmiləri Qara dənizdə toqquşdu

 11:16 25.09.2021     337

İstanbulun şimalında, Qara dəniz sahilində Türkiyə və Rusiyaya məxsus iki quru yük gəmisi toqquşub.

Redaktor.az xarici KİV-ə istinadla xəbər verir ki, hadisə İstanbulun Yeniköy yaxınlığında baş verib.

Qeyd olunur ki, Türkiyəyə məxsus 90 metr uzunluğunda "Tahsin İmamoğlu" və Rusiyaya məxsus 128 metr uzunluğunda "Rusiç 10" gəmiləri toqquşub.

Hadisə yerinə bir neçə xilasetmə və buksir qayıqları göndərilib.