Paşinyan onu işdən çıxardı
Ermənistanın Baş naziri adminstrasiyasının Protokol şöbəsinin rəisi Eduard Arutyunyan vəzifəsindən azad edilib.
Redaktor.az xəbər verir ki, bunu “Aysor.am” saytı yazıb.
Bildirilib ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, Ermənistan Xarici İşlər Nazirliyindən Baş nazir administrasiyasına ezam olunan Eduard Arutyunyan vəzifəsindən azad edilib.













