Somalidə partlayışda 8 nəfər ölüb, 7 nəfər yaralanıb

 15:46 25.09.2021     202

Somali paytaxtı Moqadişoda prezident sarayının yaxınlığında minalanmış avtomobilin partladılması nəticəsində 8 nəfər ölüb, 7 nəfər yaralanıb.

Redaktor.az xəbər verir ki, bunu Hamar-Cacab rayonunun komissarı Mukavi Əhməd Mudi bildirib.

Partlayışın məsuliyyətini “Əş-Şabab” terror qruplaşması üzərinə götürüb. //Report