Çində qayıq batıb, beş nəfər itkin düşüb

 16:34 25.09.2021     273

Çinin cənub-qərbindəki Yunnan əyalətində, Tszinşa çayında qayıq batıb.

Redaktor.az-ın məlumatına görə, hadisə nəticəsində 5 nəfər itkin düşüb.

Qeyd olunur ki, qəza zamanı qayıqda 6 nəfər olub. Bir nəfər üzərək sahilə çıxa bilib.

Hazırda itkin düşənlərin axtarışları aparılır. Axtarışlarda 4 kater və 200-dən çox şəxs iştirak edir. //Trend